[b]“Bursaspor” bəyanat verdi: Maraqlanmırıq![/b]
26.04.2017 - 19:38
[b]“Bursaspor” bəyanat verdi: Maraqlanmırıq![/b]

Türkiyə Super Liqa təmsilçisi “Bursaspor” yerli mətbuatda çıxan millimizin baş məşqçisi Robert Prosineçki ilə danışıqlar aparması barədə xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, klub rəsmi saytında məsələylə bağlı bəyanat yayıb.

 

Bildirilib ki, Bursa təmsilçisi nəinki Prosineçki ilə, ümumiyyətlə, heç bir çalışdırıcı ilə danışıqlar aparmır: “Bu gün bəzi media orqanlarında klubumuzun bir neçə məşqçiylə danışıqlar aparması barədə xəbərlər yayılıb. Bu xəbərlər tamamilə əsassızdı və klubumuz nə birbaşa, nə də dolayı yolla heç bir məşqçiylə danışıqlar aparmayıb”.

 

Qeyd edək ki, millimizin futbolçusu Dəniz Yılmazın da formasını geyindiyi “Bursaspor” ilin əvvəlində xorvat çalışdırıcıilə danışıqlar aparsa da, razılığa gələ bilməmişdilər.

0