[b]Milli üzvü oynadı, komandası finala həsrət qaldı[/b]
26.04.2017 - 23:13
[b]Milli üzvü oynadı, komandası finala həsrət qaldı[/b]

Futbol üzrə Ukrayna kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, gənclərdən ibarət millimizin futbolçusu Dmitri Nağıyevin komandası – “Dnepr” də bu turnirdə növbəti matçına çıxıb.

 

Dnepropetrovsk təmsilçisi “Şaxtyor”la ilə üz-üzə gəlib. Qarşılaşma futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:1.

 

Bir oyundan ibarət mübarizədən qalib ayrılan donetsklilər finala adlayıblar.

 

Start heyətdə meydana çıxan Nağıyev 90 dəqiqə oynayıb.

0