[b]KONMEBOL-a şok raport: 128,6 milyon dollar “yeyilib”[/b]
27.04.2017 - 13:33
[b]KONMEBOL-a şok raport: 128,6 milyon dollar “yeyilib”[/b]

Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) ilə bağlı şok məlumat ortaya çıxıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, konfederasiyanın əvvəlki rəhbərliyinin 2000-2015-ci illər aralığında 130 milyon dollara yaxın pulun “yuyulması”nda iştirak etdiyi aşkarlanıb.

 

Keçmişdə büdcədən sui-istifadənin edilib-edilmədiyini araşdıran beynəlxalq maliyyə yoxlama forması “Ernst&Young”un təqdim etdiyi raport Çilinin paytaxtı Santyaqoda keçirilən KONMEBOL-un idarə heyətinin illik iclasında açıqlanıb.

 

Həmin raportda KONMEBOL-a 27 il prezidentlik etdikdən sonra 2013-cü ildə səhhətində problem olduğunu əsas gətirərək istefa verən Nikolas Leozun gəlirlərin 26,9 milyon dollarını öz hesabına köçürdüyü yazılıb. Bundan başqa, bəzi şəxslərə sənədsiz 58 milyon dollar ödəniş edilib, bəlli olmayan hesablara 33,3 milyon dollar, şübhəli hesablara isə 10,4 milyon dollar pul köçürülübmüş.

 

Ümumilikdə 128,6 milyon dollarlıq məbləğdən sui-istifadə edildiyini bildirən KONMEBOL-un hazırkı prezidenti Alexandro Dominges qurumda yoxlanış aparılmasını ötən il şəxsən özünün tələb etdiyini deyib.

 

Qeyd edək ki, Cənubi Amerika Futbol Konfederasiyasının keçmiş prezidentləri Xuan Anxel Nopaut və Euxenio Fiqeredo çirkli pulların yuyulmasında və dələduzluqda günahlandırıldıqları üçün ötən il həbs ediliblər.

0