[b]“Məsut Özil qəlbimin sahibidi” – meksikalı şərhçi[/b]
27.04.2017 - 14:01
[b]“Məsut Özil qəlbimin sahibidi” – meksikalı şərhçi[/b]

“Fox Sports” telekanalının şərhçisi Veronika Rodriges sosial medianın ən populyar simalarından biridi. Apasport.az saytının məlumatına görə, 1 milyona yaxın izləyicisi olan meksikalı Türkiyə mətbuatına idmanla bağlı maraqlı müsahibə verib.

 

- Veronika Rodrigez kimdi? Özünüzü necə təqdim edərdiniz?

- Mən xəyalları ilə yaşayan, ən çox sevdiyi şey haqda danışan bir idman aşiqiyəm. Çox həssas və utancağam. Bu səbəbdən qəlbimi dolduran ən yaxşı hekayələri idman dünyasında tapıram.

 

- Sosial mediada olduqca populyarsınız. Bunu nə ilə əlaqələndirirsiz?

- Fikrimcə, bunun ilk səbəbi idmanın məşhurluğu və mənim ona olan sevgimdi. İşimlə əlaqədar, idmanla bağlı danışmağım insanların da diqqətini çəkdi.

 

- Futbolla nə vaxtdan maraqlanırsınız?

- Hesab edirəm ki, həyatı dərk edəndən futbola bağlıyam. Ailəmdə olduqca önəmli yer tutur, nə vaxt bir araya gəlsək, həmişə futboldan danışırıq. 8 yaşımdan bəri stadiona gedirəm. Babam və atam məni və bacımı dəstək olmaq üçün stadiona aparırdılar. Sonra isə bu, ailəmizdəki ən güclü sevgiyə çevrildi. Futbola aşiqəm.

 

- Ən böyük arzunuz nədi?

- Belə baxanda, ən böyük röyamı yaşayıram. Sevdiyim idman növünün dünya miqyasındakı təsir gücündə yer alıram və bunun sayəsində etibar qazanıram. Daha yaxşısını düşünə bilmirəm.

 

- Sizə görə ən xarizmatik məşqçi kimdi?

- Van Qal. Zarafat edirəm (gülür). Məncə, Klopp. Həmişə böyük ehtiras sərgiləyir. Münasibət qura biləcəyiniz qədər fanatikdi.

 

- Ən yaraşıqlı futbolçu kimi sayırsız?

- Məsut Özil. O, qəlbimin sahibidi.

 

- Hansı komandaya azarkeşlik edirsiniz?

- Meksikada dəstəklədiyim komanda “Pumas”dı. Lakin “Barselona” və “Yuventus”a qarşı da özəl şeylər hiss edirəm. Deyəsən, qəlbim çempionlara bölünüb.

 

- Ən sevdiyiniz idman növləri hansıdı?

- Futbol mənim ilk sevgimdi. Ancaq motor yarışları və güləşi də sevirəm.

 

- Messi, yoxsa Ronaldo?

- Messi. Futbolu sehrli və xüsusi göstərir. O, yüz faiz bu dünyadan deyil. 

0