[b]Boksçularımız İslamiadaya hazırlığı davam etdirir - FOTOSESSİYA[/b]
03.05.2017 - 19:07
[b]Boksçularımız İslamiadaya hazırlığı davam etdirir - FOTOSESSİYA[/b]

Kişi boksçulardan ibarət Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın son mərhələsini davam etdirir. Apasport.az saytının məlumatına görə, yığmamız Boks Mərkəzində təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü 2 məşqlə başa vurub.

 

Məşqlərdə təkcə İslamiadaya qatılacaq 10 boksçu deyil, 25 idmançı iştirak edir. Bu da həm yarışa qatılacaq təmsilçilərimizə sınaqçı rəqiblərin olması, həm də ikinci nömrələrin qarşıdakı yarışlar üçün hazırlığına hesablanıb.

 

Qeyd edək ki, yığmamız İslam Həmrəyliyi Oyunlarına hazırlığın ilk mərhələsini Bakıda, ikinci mərhələsini Qəbələdə keçiblər. 

 

Mənbə: abf.az

0