[b]“5 qızıl medal qazanmaq istəyirik” – millimizin baş məşqçisi[/b]
04.05.2017 - 18:47
[b]“5 qızıl medal qazanmaq istəyirik” – millimizin baş məşqçisi[/b]

Yığmamızın lideri Marina Durunda İslam Həmrəyliyi Oyunlarına qatılacaq ölkələrin idmançıları arasında ən güclü gimnastdı”. Apasport.az saytının məlumatına görə, bunu bədii gimnastika üzrə Azərbaycan millisinin baş məşqçisi Mariana Vasilyeva deyib.

 

Bolqarıstanlı mütəxəssis yığmamızın mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında şansını dəyərləndirib. O, yarışın saytına bildirib ki, komandamızın lideri Marina Durunda əməliyyatdan sonra bərpa dövrünü arxada qoyub və ondan uğur gözləyir: “Biz 5 qızıl medal qazanmaq istəyirik. Ümid edirəm ki, komandamız bunu bacaracaq. Marina çox təcrübəli gənc gimnastdı. Onun 80 faiz sağaldığını da düşünürəm. Bizim Durundaya ehtiyacımız var. Çünki bu yarış həm biz, həm də Marina üçün çox əhəmiyyətlidi. O, bizim liderimiz olduğundan komandamıza çox faydalı olacaq”.

 

Qeyd edək ki, mayın 12-14-də olacaq bədii gimnastika yarışında millimizin şərəfini Marina Durunda ilə yanaşı, Jalə Piriyeva və Zöhrə Ağamirova da qoruyacaqlar. 

0