[b]“Azərbaycana yaxşı taekvondoçularla gəlirlər” - Reza Mehmandost[/b]
12.05.2017 - 11:34
[b]“Azərbaycana yaxşı taekvondoçularla gəlirlər”  - Reza Mehmandost[/b]

Kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Reza Mehmandostun apasport.az saytına müsahibəsi

 

- Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək taekvondo yarışlarına mayın 16-da start veriləcək. Siz isə mayın 13-də Atletlər kəndinə köçənədək hazırlıqları davam etdirəcəksiz. Məşqlər necə gedir?

- Bəli, gündə 2 dəfə hazırlıqları davam etdiririk. 2 ildi Azərbaycan yığmasını çalışdırıram. Bu uşaqlarla uzun müddətdi birgə məşqlər keçirik. İslamiada üçün də xüsusi hazırlaşırıq. Komandanın yaxşı nəticə verməsi üçün çalışırıq və buna inanırıq.

 

- Millimiz kişi idmançıların yarışına tam heyətlə qatılacaq. Kimlərə ümid bəsləyirsiz?

- Bütün komandaya, hər bir taekvondoçuya ümid edirəm. Biz yığma kimi birgə güclüyük.

 

- Komandanı yarışa tam hazır hesab etmək olarmı?

- Hər bir idmançı bütün gücünü məşqdə qoyur. Çalışırıq ki, yarışa əla formada yollanaq. Amma İslam Həmrəyliyi Oyunlarında gələcək bütün yığmalar güclüdülər. Azərbaycana yaxşı taekvondoçularla gəlirlər. Onlar arasında 3 Olimpiya çempionu da var. Bizim də Radik İsayev dayanq üzərinə çıxacaq. Yəni bu növ islam ölkələri arasında çox populyar və güclüdü.

 

- Bəs əsas rəqib kimi hansı ölkənin adını çəkə bilərsiz?

- Bakıya gələcək komandalar arasında ən güclüsü İrandı. Onlar yaxşı heyətlə yarışa qatılacaqlar. Digər ölkələr gəlincə, onların hərəsi müxtəlif çəkilərdə favoritlərdəndi. 

0