[b]“İslam idmana, fiziki, mənəvi tərbiyəyə böyük əhəmiyyət verir” – İƏT prezidenti[/b]
12.05.2017 - 23:52
[b]“İslam idmana, fiziki, mənəvi tərbiyəyə böyük əhəmiyyət verir” – İƏT prezidenti[/b]

"Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya Oyunların təşkili ilə əlaqədar təşəkkürümü bildirirəm".

 

APA-nın məlumatına görə, bunu bu gün IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində çıxış edən İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz bildirib.

 

İƏT prezidenti deyib ki, bu Oyunlar Azərbaycanda İslam Həmrəyliyi İli elan olunması ilə üst-üstə düşür: "İslam Həmrəyliyi Oyunları 4000 mindən çox idmançını bir araya gətirir, İslamın sülh və tolerantlıq dini olduğun nümayiş etdirir. İslam aləmi zorakı ekstremizmin artması və çətin çağırışlarla üzləşir. İslam idmana, fiziki, mənəvi tərbiyəyə böyük əhəmiyyət verir".

0