[b]İslamiada: “Açılış mərasimi 55-dən çox ölkədə canlı yayımlanıb”[/b]
13.05.2017 - 10:22
[b]İslamiada: “Açılış mərasimi 55-dən çox ölkədə canlı yayımlanıb”[/b]

Bu gün IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə bağlı mətbuat konfransı təşkil edilib. Apasport.az saytının məlumatına görə, Əsas Media Mərkəzində keçirilən tədbirdə İslamiadanın Əməliyyat Komitəsinin idman şöbəsinin müdiri Mark Honeybunn, əməliyyatlar üzrə icraçı direktoru Mayk Loynd və katibi Könül Nurullayeva iştirak ediblər.

 

Öncə çıxış edən Mayk Loynd dünənki açılış mərasimindən ağızdolusu danışıb. O, bu mərasimin bütün dünyada insanların ürəyini fəth etdiyini söyləyib: “Açılış mərasimi 55-dən çox ölkədə canlı yayımlanıb. Düzdü, son bir neçə gündə bir neçə idman növündə yarışlar keçirilib. İlk medallar isə bu gün təqdim ediləcək”.

 

İcraçı direktor yarışa qatılmayan 3 ölkənin imtina səbəbindən də danışıb: “Liviyada maliyyə çətinlikləri oldu. Sudanın bura gəlməməyinin səbəbi bəlli deyil. Küveytdə isə müəyyən hazırlıq işləri görülmüşdü. Sadəcə, onların məhkəmə işləri gedir. Bu üzdən burda iştirak şansları çətinləşib”.

 

Mark Honeybunn yarışda ən çox Azərbaycan idmançılarının olduğunu söyləyib. O, 400-dən çox yerli idmançının mübarizə aparacağını vurğulayıb: “Bu gündən 6 idman növündə finallar olacaq və 30 medal veriləcək. Böyük həvəslə başlayırıq”.

 

Könül Nurullayeva 54 ölkə nümayəndələrinin paytaxtımıza gəldiyini bildirib. O, dünən 8 ölkə nümayəndələrini qəbul etdiklərini söyləyib.

 

0