[b]“Qızıl medal qazanacağıma əminəm” - Məsud Yusifzadə[/b]
13.05.2017 - 19:12
[b]“Qızıl medal qazanacağıma əminəm” - Məsud Yusifzadə[/b]

“İlk döyüşüm olduğu üçün bir az çətinliklə üzləşdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri boks üzrə Azərbaycan yığmasının üzvü Məsud Yusifzadə deyib.

 

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 52 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda türkiyəli Ömər Koç üzərində inamlı qələbə (5:0) qazanaraq, növbəti mərhələyə adlayıb.

 

Yusifzadə türkiyəlinin ona tanış rəqib olduğunu bildirib: “Türkiyəli rəqibimi tanıyırdım, onunla 2013-cü ildə Avropa çempionatında qarşılaşmışdım. O vaxt yarımfinalda qələbə qazanmışdım”.

 

21 yaşlı boksçu 1/4 final mərhələsində üz-üzə gələcəyi özbəkistanlı Abrorjon Kodırovla görüş barədə də fikirlərini bölüşüb: “Özbəkistanlı ilə mayın 16-da qarşılaşacam. Onunla heç vaxt üz-üzə gəlməmişəm. Amma döyüş taktikasını bilirəm, internetdə izləmişəm. Hədəfim qızıl medaldı və əminəm ki, onu qazanacam”.

 

Etibar Məmmədov

0