[b]“Azərbaycan belə oynasa, finala çıxa bilməyəcək”[/b]
16.05.2017 - 00:10
[b]“Azərbaycan belə oynasa, finala çıxa bilməyəcək”[/b]

IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında millimizlə eyni qrupda yer alan və mübarizəni erkən dayandıran Mərakeşin müdafiəçisi Fahd Moufi oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Baş məşqçiniz məğlubiyyətin əsas günhakarı kimi hakim qərarlarının həlledici olduğunu deyir. Həqiqətənmi qələbə qazanmağınıza referilər mane oldu?

- Əlbəttə, hakimlərin qərarları nəticəyə çox təsir etdi. Faizlə götürsək, qərarların matça təsirinin 90 faiz olduğunu vurğulamalıyam.

 

- Penalti istəyirdiniz hakimdən. Məqsədinizə nail olmadıqda meydanı tərk etməyi düşünürdünüzmü?

- Bu turnirdə bizim 3 penaltimiz verilmədi. Onlardan ikisi verilsəydi və biz qollar vursaydıq, indi yarımfinala yüksələcəkdik. Yəni fərqli nəticə ilə ayrılacaqdıq oyundan. Amma qərardan asılı olmayaraq, heç kim meydanı yarımçıq tərk etməyi düşünmürdü. Nə olur-olsun, sona qədər mübarizəmizi davam etdirdik.

 

- İslam Oyunlarında iştirak etmək komandanız üçün hansı əhəmiyyəti daşıyırdı?

- Mərakeş də islam ölkəsidi. Ona görə də bu yarışda iştirak etməkdən şadıq. Təklifi hörmətlə qarşıladıq. Burda gördüklərimizdən də məmnunuq. Təşkilatçılıq da yüksək səviyyədədi.

 

- Bəs qarşınıza konkret məqsəd qoymuşdunuzmu?

- Məqsədimiz finala yüksəlmək idi. Amma qrup mərhələsində mübarizəni dayandırdıq.

 

- Bunu hakimin ayağına yazırsız?

- Qətiyyən. Ola bilər, hakim xırda səhvlərə yol versin. Yəqin bu gün yaxşı günləri deyildi. Biz oyunu uduza da bilərdik.

 

- Qrup mərhələsindəki rəqibiniz Azərbaycanın qalib olmaq şansları realdırmı?

- Azərbaycan bugünkü kimi oynasa, finala çıxa bilməyəcək. Çünki yarımfinalda güclü rəqiblə qarşılaşacaqlar. Ola bilsin, bu gün onların oyunu alınmadı. Bəlkə də yarımfinala qədər toparlanacaqlar. Yəni qızıl medal qazanmaq istəyirlərsə, daha artığını etməlidirlər.

0