[b]“Qarabağ”da növbəti müqavilə[/b]
20.05.2017 - 22:30
[b]“Qarabağ”da növbəti müqavilə[/b]

“Qarabağ” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi Qara Qarayev və Əfran İsmayılovun ardından daha bir futbolçu ilə müqavilə yeniləyib.

 

Belə ki, Albaniya millisinin kapitanı Ansi Aqolli daha bir il çempionumuzun uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, müdafiəçi 2010-cu ildən “Qarabağ”ın şərəfini qoruyur.

 

0