[b]Rekorda az qalmışdı[/b]
22.05.2017 - 10:26
[b]Rekorda az qalmışdı[/b]

23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin quru seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsinin 3 oyununda və 1/4 finalında qol buraxmayan yığmamız turnirin son matçında qapısında top görüb.

 

Omanla final qarşılaşmasının (2:1) 56-cı dəqiqəsində Əl-Yəhyayi millimizin qapısına yol tapıb.

 

Beləliklə, Şahrudin Məhəmmədəliyevin quru dəqiqələri 415 dəqiqə sürüb. O, Kamerun (0:0), Səudiyyə Ərəbistanı (2:0), Mərakeş (0:0) və Əlcəzairlə (2:0) görüşlərdəki uğurunu təkrarlaya bilməsə də, İslamiadanın çempionu olub.

 

Yığmamız İslam Həmrəyliyi Oyunlarının mütləq rekordunu yeniləyə bilməyib. 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilən turnirdə İran millisi daha uzun müddət qapısını toxunulmaz saxlayıb. Yığmamız kimi ardıcıl 4 quru oyun keçirən cənub qonşularımız yarımfinalın 72-ci dəqiqəsində qola üzülüb. 431 dəqiqə qol buraxmayan İran yığmasına çatmaq üçün komandamıza cəmi 16 dəqiqə çatmayıb.

 

0