[b]“Liverpul”dan Kasilyasa təklif[/b]
23.05.2017 - 14:38
[b]“Liverpul”dan Kasilyasa təklif[/b]

“Porto”nun qapıçısı İker Kasilyas karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı AS nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı qolkiper “Liverpul”dan təklif alıb.

 

Kasilyasın “Porto” ilə müqaviləsinin müddəti gələn ay başa çatacaq. Pireneylilərin onunla yeni müqavilə bağlamaq istəmədiyi bildirilir.

 

“Liverpul” rəhbərliyi isə bundan maksimum faydalanmaq niyyətindədi. Ancaq Kasilyası heyətinə qatmaq üçün “mersisaydlılar” rəqabətdən qalib ayrılmalıdılar. Belə ki, təcrübəli çərçivə qoruyucusunun xidmətində Çin və Qətər klubları da maraqlıdı.

0