[b]“Qələbə seriyasını davam etdirmək istəyirik” - Valeriya Məmmədova[/b]
01.06.2017 - 09:23
[b]“Qələbə seriyasını davam etdirmək istəyirik” - Valeriya Məmmədova[/b]

“Bizə qələbə vacib idi. Çünki Ukrayna ilə matç komandamız üçün böyük əhəmiyyət kəsb edirdi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Valeriya Məmmədova deyib.

 

Təcrübəli libero dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ukrayna ilə matçı şərh edib. O bildirib ki, 3:0 hesablı qələbə qazanmalarında səhvsiz oynamaları öz sözünü deyib: “Fikrimcə, biz yaxşı oynadıq. Əsasən də top qəbulunda özümüzü yaxşı göstərdik. Qələbəni unudub, dərhal növbəti oyunun hazırlığına başlayırıq. Bu uğurlu seriyasını turnirin sonunadək davam etdirmək istəyirik”. 

0