[b]“İnter”də üzlər gülür - FOTOSESSİYA[/b]
08.06.2017 - 00:03
[b]“İnter”də üzlər gülür - FOTOSESSİYA[/b]

“İnter”in Türkiyə toplanışı davam edir. Apasport.az saytının məlumatına görə, Boluda məskunlaşan paytaxt klubu günü iki məşqlə keçirib.

 

Səhər məşqində əsas diqqət trenajor alətlərində müxtəlif fiziki hərəkətlərin yerinə yetirilməsinə yönəldilib.

 

Axşam çalışmasında isə futbolçular topla davranış hərəkətlərini yerinə yetirməklə yanaşı, iki komandaya ayrılıb futbol oynayıblar. Axşam məşqi qapılara zərbə endirilməsilə başa çatıb.

0