[b]Azərbaycan çempionu yığmamızla matça 18 oyunçu çağırdı[/b]
10.06.2017 - 10:37
[b]Azərbaycan çempionu yığmamızla matça 18 oyunçu çağırdı[/b]

Kişi voleybolçulardan ibarət Makedoniya millisinin Avropa Liqası üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının rəqibi qrup matçları üçün 18 oyunçu sifariş edib.

 

İyunun 16-da təmsilçimizlə oynayacaq komandanın baş məşqçisi Draqutin Baltiç bildirib ki, son anda bu heyətdən 4 voleybolçu çıxaracaq.

 

Makedoniyanın heyəti belədi:

1. Darko Angelovski, 2. Gyorgi Gyorgiyev, 3. Qyoko Yusifov, 4. Nikolo Gyorgiyev, 5. Vlado Milev, 6. Filip Despotovski, 7. Slav Nakov, 8. Aleksandr Lyaftov, 9. Yovitsa Simovski, 10. Risto Klopçeski, 11. Filip Madyunkov, 12. Filip Nikolovski, 13. Deyan Simovski, 16. Stoyan İliyev, 17. Zoran Gyorgyevski, 18. Vase Mihaylov, 19. Maryan Urdov, 20. Yunior Stoşkj

 

Qeyd edək ki, Baltiç Azərbaycan voleybolsevərləri üçün tanış simadı. 2010-cu ildə “Rabitə” ilə Azərbaycan çempionu olan və CEV kubokunun bürünc medalını qazanan sloveniyalı mütəxəssis Bakı “Lokomotiv”ini də uğura daşıyıb. O, 2012-ci ildə “dəmiryolçular”ı “Çelenc Cup” çempion və Super Liqanın ikincisi edib. 

0