[b]Sabah avrokubokların püşkü atılır[/b]
13.06.2017 - 14:21
[b]Sabah avrokubokların püşkü atılır[/b]

Voleybol üzrə avrokubokların yeni mövsümünün püşkatma mərasiminin vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, sabah Lüksemburqda baş tutacaq tədbirdə 2017/2018 mövsümündə 35 ölkədən yarışa qatılacaq 184 klub rəqibini tanıyacaq.

 

Bakı vaxtı ilə saat 13:00-da başlayacaq mərasimdə öncə Çempionlar Liqasının püşkü atılacaq. Ardınca CEV kuboku və “Çelenc Cup”da mübarizə aparacaq komandaların taleyinə aydınlıq gələcək. Azərbaycan klubları sonuncu yarışda təmsil olunacağından rəqibləri Bakı vaxtı ilə saat 16:00-da bilinəcək.

 

Qeyd edək ki, “Çelenc Cup”da Azərbaycan çempionu “Lokomotiv” kişilərin, gümüş medalçı “Azərreyl” qadınların yarışında qüvvəsini sınayacaq. 

0