[b]Millimiz yenə uduzdu - YENİLƏNİB[/b]
19.06.2017 - 00:04
[b]Millimiz yenə uduzdu - YENİLƏNİB[/b]

Bu gün kişi voleybolçular arasında Avropa Liqasında üçüncü turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Makedoniyada keçirilən ilk mərhələnin A qrupunda yer alan millimiz növbəti matçında Albaniya millisi ilə üz-üzə gəlib.

 

İlk görüşdə Makedoniyaya 0:3, ikinci matçında isə İsveçə 2:3 hesabı ilə məğlub olan Fərid Cəlalovun yetirmələri ilk mərhələdəki sonuncu matçında Albaniyaya da uduzub. Yığmamızın gücü bu dəfə sadəcə 1 setə çatıb - 1:3.

 

Bununla da millimiz Makedoniyada keçirilmiş ilk mərhələdə bütün oyunlarından məğlubiyyətlə ayrılaraq sadəcə 1 xal toplamağı bacarıb.

 

Qrupdakı digər oyunda isə Makedoniya ilə İsveç qarşılaşıblar - 3:1.

 

Qeyd edək ki, qrupun ikinci mərhələsinin oyunları 23-25 iyun tarixləri arasında Albaniyada keçiriləcək.

 

Avropa Liqası

III tur

 

Azərbaycan – Albaniya - 1:3 (22:25, 22:25, 25:17, 10:25)

Hakimlər: Tiran Şayno (İsrail), Stoyan Baryev (Bolqarıstan)

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev.

 

İsveç – Makedoniya - 1:3 (26:24, 17:25, 18:25, 18:25)

Hakimlər: Yasmin Huseynoviç (Bosniya və Herseqovina), Sergey Hulko (Ukrayna)

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Makedoniya

3

3

0

9-1

249-196

9

2

Albaniya

3

2

1

6-6

255-260

5

3

İsveç

3

1

2

6:8

293-298

3

4

Azərbaycan

3

0

3

3-9

232-275

1

0