[b]“Barselona” müdafiəçi alır [/b]
20.06.2017 - 12:10
[b]“Barselona” müdafiəçi alır [/b]

“Barselona” rəhbərliyi komandanın müdafiə xəttini gücləndirmək niyyətindədi. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, kataloniyalılar “Espanyol”un üzvü Aaron Martinlə maraqlanırlar.

 

“Barsa”nın yeni baş məşqçisi Ernesto Valverde rəhbərliklə söhbətində 20 yaşlı futbolçunun alınmasını istəyib. Bundan sonra hərəkətə keçən klub rəsmiləri qarşı tərəflə danışıqlara start veriblər. Son mövsümdə özünü yaxşı tərəfdən göstərən Martinin adı bir müddət öncə Madrid “Real”ı ilə birgə hallanırdı. “Espanyol” rəhbərliyi sol cinah müdafiəçisinin yaxşı məbləğ qarşılığında “Barselona”ya keçidinə razıdı.

 

Qeyd edək ki, La Liqanın ötən mövsümündə Martin “Espanyol”un heyətində 30 oyunda meydana çıxıb.

0