[b]Yığmamızın oyunçuları ən güclülər arasında[/b]
21.06.2017 - 14:35
[b]Yığmamızın oyunçuları ən güclülər arasında[/b]

Kişi voleybolçular arasında Avropa Liqasının I dövrəsinin statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilk 3 turun nəticəsinə əsasən ən güclü blokçuların adları məlum olub.

 

“Top-20”də Azərbaycan millisinin 2 oyunçusu da yer alıb. Makedoniya, Albaniya və İsveçlə matçlarda 8 dəfə keçilməz olan Dmitri Obodnikov siyahıda 8-cidi. Yığmamızın digər üzvü Dmitri Baranov isə 5 dəqiq blokla 15-cidi.

 

Qeyd edək ki, ilk 3 oyunda uduzan yığmamız ikinci dövrənin matçlarını Albaniyada keçirəcəklər. 

 

0