Azərbaycan voleybol yığmasına Almaniyadan baş məşqçi gətirilir
16.04.2008 - 14:25
Azərbaycan voleybol yığmasına Almaniyadan baş məşqçi gətirilir
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın voleybol üzrə kişilərdən ibarət milli komandasına yaxın zamanda yeni baş məşqçi təyin ediləcək. Bu haqda “APA-Sport” agentliyinə yığmanın rəisi Nazim Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, bu postu tutmağa ən real namizəd Sahib Əliyevdir. 1980-2001-ci illər aralığında komandaya rəhbərlik edən təcrübəli mütəxəssis Almaniyadan Bakıya qayıdıb. Son illər yaşadığı Badmindor şəhərində həvəskar klubda çalışan S.Əliyev baş məşqçi postuna qarşıdakı günlərdə Federasiyanın İcraiyyə Komitəsinin toplantısında təsdiqlənməlidir.
0