[b]15 il, 11 turnir, 10 yarımfinal[/b]
26.06.2017 - 02:01
[b]15 il, 11 turnir, 10 yarımfinal[/b]

Konfederasiyalar Kubokunda Almaniya B qrupunu lider kimi tamamlayaraq yarımfinala yüksəlib. Apasport.az saytının məlumatına görə, bundestim bununla da özünəməxsus maraqlı göstəriciyə imza atıb.

 

Belə ki, Rusiyadakı turnirdə finalın bir addımlığına gələrək uğurlarına daha birini əlavə edən almanlar bu göstəricidə unikal rekord müəyyənləşdirib.

 

Hazırda Yoahim Lövün çalışdırdığı komanda 2002-ci ildən bu yana 15 ildə çıxış etdiyi 11 turnirin 10-da yarımfinala yüksəlməyi bacarıb.

 

Bu müddətdə Almaniya millisi DÇ-2002-də gümüş, DÇ-2006-da bürünc, AÇ-2008-də gümüş, DÇ-2010-da bürünc, DÇ-2014-də isə qızıl medal qazanıb, AÇ-2012 və AÇ-2016-da isə yarımfinal mərhələsində çıxış edib.

0