[b]Əlcəzair millisinin üzvü “Differdanj”da - FOTO[/b]
27.06.2017 - 10:38
[b]Əlcəzair millisinin üzvü “Differdanj”da - FOTO[/b]

Avropa Liqasının I təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq “Differdanj” heyətini gücləndirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Lüksemburq təmsilçisi hücum xəttinə yeni oyunçu cəlb edib.

 

Bu, “Maynts”da çıxış etmiş Şadli Amridi. 32 yaşlı forvard bir neçə gün idi ki, “Differdanj”ın düşərgəsində baxışda idi. Əlcəzair yığmasının sabiq üzvü ilə bağlı yekun qərar verilib. Baş məşqçi Paskal Karzaniqanın bəyəndiyi təcrübəli futbolçu ilə gözlənildiyi kimi, münasibətlər rəsmiləşdirilib. Onunla 1+1 illik müqaviləyə qol çəkilib. Futbolçunun adının “Zirə” ilə oyunöncəsi iştirak ərizəsinə salınması qərara alınıb.

 

Qeyd edək ki, son olaraq Almaniyanın Regional Liqasında “Homburq”un formasını geyinmiş Şadli Amri Əlcəzair millisində 10 oyun keçirib.

 

0