[b]Rus jurnalist Maradonanı ittiham etdi: Seksual təcavüzdə[/b]
03.07.2017 - 20:30
[b]Rus jurnalist Maradonanı ittiham etdi: Seksual təcavüzdə[/b]

Əfsanəvi futbolçu Dieqo Maradonanın adı növbəti qalmqalda hallandırılır. Apasport.az saytının məlumatına görə, dünyanın gəlmiş-keçmiş ən yaxşı oyunçularından biri olan argentinalı bu dəfə Rusiyada insidentə qarışıb.

 

Belə ki, Konfederasiyalar Kubokunu izləmək üçün şimal qonşumuza yollanmış Maradona bu ölkədə seksual təcavüzdə ittiham edilib. Sankt-peterburqlu jurnalist Yekatrina Nadolskaya bu iddia ilə polisə müraciət edib.

 

Hazırda hüquq-mühafizə orqanları iddianın araşdırılması ilə məşğuldular. Həmin gecə oteldə xidmət saatında olan bütün personal sorğu-suala tutulacaq.

 

Maraqlıdır ki, 56 yaşlı əfsanə Messinin toyuna getmək imtina edib və buna səbəb kimi dəvətnaməsini itirdiyini söyləyib.

 

 

Qeyd: Yekatrina Nadolskaya fotoda solda

0