[b]Azərbaycan çempionu Ukrayna klubunda[/b]
08.07.2017 - 11:04
[b]Azərbaycan çempionu Ukrayna klubunda[/b]

“Telekom”un məşqçisi Vasif Talıbov karyerasını ölkə xaricində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, baş məşqçi Zoran Qayiçin ardınca köməkçisi də klubdan ayrılıb.

 

44 yaşlı mütəxəssis Bakı təmsilçisinə gələnədək işlədiyi Ukraynaya qayıdıb. 2013-cü ildən “Telekom”da çalışan Talıbov bu ölkənin kişilərdən ibarət “Vinnitsa” klubunun baş məşqçisi təyin edilib.

 

O, ən azı mövsümün sonuna kimi bu komandanın “sükanı arxası”nda olacaq. Məşqçinin 1 illik müqavilə imzaladığı komanda son Ukrayna çempionatının yüksək liqasında 3-cü olub.

 

Həmyerlimiz bu postda Aleksandr Bondarenkonu əvəzləyib. Talıbov yeni işinə iyulun 15-də start verəcək. Həmin gün Superliqa klubu yeni mövsümün hazırlığına başlayacaq.

 

Qeyd edək ki, son mövsümün Azərbaycan çempionu daha öncə “Vinnitsa”da köməkçi məşqçi kimi çalışıb.

0