SİZİN REKLAM BURADA

Türklər “İnter”i dəyərləndirdi: Ən təhlükəli oyunçuları...

Türkiyə mətbuatı “Qalatasaray”ın Avropa Liqasının III təsnifat mərhələsindəki mümkün rəqiblərini dəyərləndirib. Apasport.az-ın məlumatına görə, milliyet.com.tr saytının əməkdaşları “İnter”i növbəti mərhələyə daha yaxın görürlər.

 

Belə ki, türklər II təsnifat mərhələsində “Fola” ilə cavab görüşü öncəsi “İnter”in favorit olduğunu düşünürlər: “Fola”nı ilk görüşdə 1:0 hesabı ilə məğlub edən “İnter”in “Qalatasaray”a rəqib olmaq ehtimalı daha yüksəkdi. Bakı təmsilçisi maliyyə cəhətdən problemli dönəmdən keçir. Buna baxmayaraq, ölkə çempionatında 3-cü yeri tutaraq, Avropa Liqasına vəsiqə əldə etdilər. I təsnifat mərhələsində isə Serbiya klubu “Mladost” səddini (3:0, 2:0) asanlıqla keçdilər”.

 

Yazıda “İnter”in ən təhlükəli oyunçusunun adı çəkilib və kluba AFFA-nın himayədarlıq etdiyi vurğulanıb: “İnter”in heyətində cəmi 2 əcnəbi oyunçu var ki, bunlar braziliyalı mərkəz müdafiəçisi Denis Silva və rumıniyalı Manuel Skarlatakedi. Yarımmüdafiənin mərkəzində çıxış edən kapitan Nizami Hacıyev ən təhlükəli oyunçularıdı. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası klubun yeganə sponsorudu və futbolçuların maaşlarını ödəyir. Lüksemburq “Fola”sı isə daha zəif rəqibdi”.

 

Qeyd edək ki, “Qalatasaray” II təsnifat mərhələsinin ilk matçında “Ostersun”a səfərdə 0:2 hesabı ilə məğlub olub. Əgər “Qalatasaray” və “İnter” hazırkı rəqiblərini mübarizədən kənarlaşdıra bilsələr, III təsnifat mərhələsində bir-birlərinə rəqib olacaqlar.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220