[b]Komandaya gələn kimi kapitan oldu[/b]
15.07.2017 - 22:54
[b]Komandaya gələn kimi kapitan oldu[/b]

Mövsümün sonunda “Çelsi”dən ayrılaraq Çempionşip təmsilçisi “Aston Villa”yla anlaşan Con Terri, növbəti mövsümdən komandanın kapitanlıq sarğısını daşıyacaq. Apasport.az xəbər verir ki, bu barədə məlumatı Birmingem klubunun rəsmi saytı yayıb.

 

36 yaşlı müdafiəçi aşağı liqa təmsilçisində ilk dəfə çıxış edəcək olmasına rəğmən, klub rəhbərliyi ona jest olaraq bu addımı atıblar.

 

Xatırladaq ki, Terri uzun müddət İngiltərə millisində və ayrılana kimi “Çelsi”də də kapitanlıq sarğısını daşıyıb. Müdafiəçi “Aston Villa”yla bir illik müqavilə bağlayıb.

0