[b]“Panatinaikos” - “Qəbələ” matçının başlama vaxtı açıqlandı[/b]
21.07.2017 - 12:36
[b]“Panatinaikos” - “Qəbələ” matçının başlama vaxtı açıqlandı[/b]

“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsində “Panatinaikos”la keçirəcəyi matçın vaxtı müəyyənləşib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” ilk görüşü iyulun 27-də Afinada keçirəcəklər.

 

“Apostolos Nikolaidis” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

 

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 3-də keçiriləcək.

0