[b]Əliyar Ağayev “Styaua”nın oyununa təyinat aldı[/b]
21.07.2017 - 16:12
[b]Əliyar Ağayev “Styaua”nın oyununa təyinat aldı[/b]

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edəcək. Apasport.az saytının məlumatına görə, həmyerlimiz UEFA-dan təyinat alıb.

 

Ağayev Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya) – “Viktoriya” (Çexiya) oyununda fit çalacaq. Bu görüş iyulun 25-də baş tutacaq.

 

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov  yerinə yetirəcək.

 

Mənbə: affa.az

0