[b]“Sumqayıt” darmadağın oldu - YENİLƏNİB[/b]
23.07.2017 - 20:57
[b]“Sumqayıt” darmadağın oldu - YENİLƏNİB[/b]

Premyer Liqanın 2016/17 mövsümünə Türkiyədə hazırlaşan “Sumqayıt” Boluda hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “kaimyaçılar” bu gün növbəti yoxlama matçına keçiriblər.

 

Samir Abasov komandasını Türkiyədəki üçüncü sınağına çıxarıb.

 

Təmsilçimizin rəqibi “Sivasspor” olub. Görüş yerli komandanın 4:0 hesablı darmadağını ilə yekunlaşıb. 

 

Qeyd edək ki, “Sumqayıt” bundan əvvəl daha iki görüş keçirib. “Gənclik şəhərəinin təmsilçiləri” “Osmanlıaspor”a uduzub (1:3), Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Fateh”ə isə qalib gəlib (3:0).

 

Yoxlama oyunu

23 iyul

 

“Sumqayıt” – “Sivasspor” - 0:4

Qollar: Leandrinyo, 12, Qalip Güzel, 50, Arslan, 71, Mutlu, 84

0