[b]“Bunyodkor”un futbolçusu Azərbaycan yığmasına çağırıldı[/b]
24.07.2017 - 12:35
[b]“Bunyodkor”un futbolçusu Azərbaycan yığmasına çağırıldı[/b]

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yığmamız iyulun 25-dən avqustun 6-a qədər hazırlıq keçəcək.

 

Toplanış Bakıda baş tutacaq. Hazırlıq prosesinə 23 oyunçu cəlb olunub: Məhəmməd Hüseynov, Əsgər Hüseynov, Süleyman Əhmədov, Xəqani  Sadıxov (hamısı “Qarabağ”), Rafael  Məhərrəmli, Yusif  Həsənov, Şahin Zəkiyev, Ricat Qarayev, Ceyhun  Muxtarlı, Murad Qayalı, Nadir Qasımov (hamısı “İnter”), Elçin Əsədov, İbrahim Əliyev, Cavidan Qasımlı, Rəhman Daşdəmirov (hamısı “Neftçi”), Əli Sadıxov, Murad Popov, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Bahadur Həziyev (MOİK), İsmayıl Babayev (“Sumqayıt”), Pilağa Mehdiyev (Klubsuz), Kamran Nəcəfəliyev (“Bunyodkor”, Özbəkistan), Nazim Bağırov  (“Vətən”).

 

Mənbə: affa.az

0