[b]“Daha çox qol vura bilərdik” - Xristos Donis[/b]
28.07.2017 - 09:44
[b]“Daha çox qol vura bilərdik” - Xristos Donis[/b]

“İlk görüşdə qələbə qazanmağımız yaxşı oldu. Bu, bizim üçün vacib nəticədi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Panatinaikos”un futbolçusu Xristos Donis deyib.

 

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ” ilə qarşılaşan Afina təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

 

Matçdan sonra Yunanıstan mətbuatına açıqlama verən Donis nəticəni şərh edib. 22 yaşlı yarımmüdafiəçi cavab görüşündə də özlərini yaxşı tərəfdən göstərəcəklərini bildirib: “Gələn həftə Bakıdakı matçı da yaxşı keçirməklə, növbəti mərhələyə adlayan tərəf olmaq istəyirik. Öz meydanımızda daha çox qol vura bilərdik. Yalnız bu baxımdan məyusluq yaşayıram. Ümid edirəm ki, Bakıda daha çox fərqlənəcəyik. Göstərdiyimiz oyun xoş sözlərə layiqdi. Onu da nəzərə alaq ki, mövsümdə ilk rəsmi görüşümüzü keçirirdik. Qələbədə azarkeşlərimizin dəstəyi də böyük rol oynadı. Onları növbəti matçlarda da sevindirməyə çalışacağıq.

 

Qeyd edək ki, “Qəbələ” və “Panatinaikos” arasındakı cavab qarşılaşması avqustun 3-də keçiriləcək. 

0