[b]Böyüklərdə isveçlilər, gənclərdə ukraynalılar[/b]
02.08.2017 - 18:42
[b]Böyüklərdə isveçlilər, gənclərdə ukraynalılar[/b]

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatında daha iki növdə yarışa yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün kişilər və oğlanlar 50 m məsafədən hərəkət edən hədəfə atəş açmada qüvvəsini sınayıb.

 

İsveçli Yesper Niberq 591 xalla bütün rəqiblərini arxada qoyub. Onun həmyerlisi Emil Martinsson liderdən 2 xal geri qalıb. Çexiyalı Yonas Bedrix isə 586 xalla kifayətlənib. Bu növdə Azərbaycan atıcısı çıxış etməyib.

 

Gənclərin eyni növdə yarışında ukraynalı İqor Kizima qalib olub – 582 xal. Onun həmyerlisi Maksim Babuşok 576 xalla 3-cü yeri tutub. Rusiyalı Valeri Davıdov isə ikinci olub – 579 xal.

0