[b]Paulinyo “Barselona”da[/b]
14.08.2017 - 13:28
[b]Paulinyo “Barselona”da[/b]

Braziliya yığmasının üzvü Paulinyo karyerasını “Barselona”da davam etdirəcək. Apasport.az-ın məlumatına görə, bu barədə İspaniyanın sport.es saytı məlumat yayıb.

 

Bildirilir ki, Çinin “Quançjou Everqrand” klubunda çıxış edən yarımmüdafiəçi ilə razılığa gəlinib. “Barselona” rəhbərliyi 29 yaşlı futbolçunun təqdimat mərasimini avqustun 17-də keçirməyi planlaşdırır. Bundan 1 gün öncə Paulinyo tibbi müayinədən keçəcək.

 

Qeyd edək ki, Braziliya millisində 41 oyunda 9 qola imza atan Paulinyo əvvəllər “Tottenhem” və “Korintians” klublarının da formasını geyinib. 

0