Azərbaycanlı peşəkar boksçu Əli İsmayılov mayda Rusiyada, iyunda ABŞ-da döyüşəcək
23.04.2008 - 11:16
Azərbaycanlı peşəkar boksçu Əli İsmayılov mayda Rusiyada, iyunda ABŞ-da döyüşəcək
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycanlı peşəkar boksçu Əli İsmayılov mayda Rusiyada, iyunda isə ABŞ-da döyüş keçirəcək. Bu haqda “APA-Sport” agentliyinə WBO Latino versiyası üzrə “qızıl kəmər”in sahibi olan həmyerlimiz özü məlumat verib. Onun sözlərinə görə, hazırda rusiyalı promouteri Aleksandr Yaqupov mümkün rəqiblərlə danışıq aparır.
Qeyd edək ki, Ə.İsmayılovun indiyədək peşəkar rinqdə keçirdiyi 14 döyüşün 12-də (8 nokaut) qələbə qazanıb, bir görüşdə uduzub və bir dəfə heç-heçə edib.
0