[b]"Onlar sanki meydanda yox idilər" - Samir Abasov[/b]
20.08.2017 - 22:52
[b]"Onlar sanki meydanda yox idilər" - Samir Abasov[/b]

"İlk səfər oyunumuz idi. Gözlədiyimizdən də çətin oldu". Apasport.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.

 

Azərbaycan Premyer Liqasının II turunda səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzan mütəxəssis oyunla bağlı fikirlərini açıqlayıb. O, yetirmələrinin lazımı oyunu göstərə bilməməsindən şikayətlənib: "Bəzi oyunçularımız sanki meydanda yox idilər. Bu bizə çətinlik yaratdı. Oyun "Qəbələ"nin üstünlüyü şəraitində keçdi. Biz bunu gözləyirdik. Amma buna baxmayaraq, inanırdıq ki, sərfəli nəticə qazana bilərik. Təəssüf ki, bir neçə futbolçumuz zəif oynadığı üçün istədiyimiz nəticəni əldə edə bilmədik".

Mənbə: sumqayitpfc.az

 

0