[b]Favoritlər 3 xalı 3 qolla qazandı[/b]
21.08.2017 - 10:23
[b]Favoritlər 3 xalı 3 qolla qazandı[/b]

Almaniya Bundesliqasında I tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2017/18 mövsümünün ilk turu 3 gün davam edib.

 

Turun son günündə 2 oyun baş tutub. Bu qarşılaşmalarda cəmi 1 qol vurulub. "Borussiya" (Mönhenqladbax) öz meydanında "Köln"ə qalib gəlib.

 

"Frayburq" - "Ayntraxt" görüşündə isə qol qeydə alınmayıb.

 

Ümumiyyətlə isə ilk tur əsas favoritlər “Bavariya” və Dortmund “Borussiya”sının qələbələri ilə diqqət çəkib. Hər iki komanda 3 xalı 3 qolla qazanıb.

 

Almaniya Bundesliqası

I tur

 

18 avqust

“Bavariya” – “Bayer” – 3:1

Qollar: Sule, 9; Tolisso, 19; Levandovski, 53 – Mehmedi, 65

 

19 avqust

"Şalke" - "Leypsiq" - 2:0

Qolkar: Bentaleb, 43-pen., Konoplyanka, 73

 

"Hoffenhaym" - "Verder" - 1:0

Qol: Kramariç, 84

 

"Herta" - "Ştutqart" - 2:0

Qollar: Leki, 46, 62

 

"Hamburq" - "Auqsburq" - 1:0

Qol: Möller, 8

 

"Maynts" - "Hannover" - 0:1

Qol: Harnik, 73

 

"Volfsburq" - "Borussiya" (Dotmund) - 0:3

Qollar: Pulişiç, 22, Bartra, 27, Obameyanq, 60

 

20 avqust

 

"Borussiya" (Mönhenqladbax) - "Köln" - 1:0

Qol: Elvedi, 49

 

"Frayburq" - "Ayntraxt" - 0:0

 

0