[b]İdmançımız Dünya kubokunun mərhələ yarışının çempionu oldu - FOTO[/b]
11.09.2017 - 14:15
[b]İdmançımız Dünya kubokunun mərhələ yarışının çempionu oldu - FOTO[/b]

Macarıstanın Sombathey şəhərində kişi və qadın idman gimnastikası üzrə keçirilən Dünya Kubokunun mərhələ yarışı başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, dünya çempionatı öncəsi “Challenge” seriyasına aid son mərhələdə Marina Nekrasova da çempion tituluna yiyələnib.

 

Dayaqlı tullanma hərəkətləri üzrə təsnifat mərhələsindən 3-cü yerlə finala yüksələn komandamızın lideri həlledici mərhələdə çıxışını daha da mükəmməlləşdirib. Hakimlərin 14,049 xalla qiymətləndirdiyi Nekrasova bu dəfə bütün rəqiblərini qabaqlayaraq, qızıl medala yiyələnib.

 

Onun növbəti final çıxışını isə gimnastika tirində icra edərək, 8-ci yerlə kifayətlənib.

 

Turnirdə digər təmsilçilərimiz Yuliya İnşına, Yekaterina Tişkova, Murad Ağarzayev və Bense Talas arasında isə ən yaxşı nəticəni dayaqlı tullanma üzrə final mərhələsində medalın bir addımlığında qərarlaşan Yuliya göstərib.

 

0