SİZİN REKLAM BURADA

FANTASTİKA&FİASKO!

Azərbaycan millisinin oktyabr perspektivi bəlli olub. Apasport.az saytının məlumatına görə, bu gün açıqlanan FİFA reytinqi gələn ayın 5-də Çexiya, 8-də Almaniya ilə keçiriləcək oyunların dəyərinə aydınlıq gətirib.

 

DÇ-2018-in bu iki seçmə oyunu hazırda 388 xalla dünyanın 92-cisi olan millimizin mövqeyinə ciddi şəkildə təsir edə bilər. Hər şey isə nəticələrdən asılı olacaq.

 

Komandamız üçün Bakıda keçiriləcək Çexiya ilə qarşılaşmanın dəyəri 1053 əmsal xalıdı. Qələbə ilə bu qədər, heç-heçə ilə isə 1/3-ni, yəni 351 xal əldə etmək mümkündü.

 

FİFA reytinqində 58-ci olan Çexiyadan fərqli, Kayzerslauterndəki rəqibimiz Almaniya cədvəlin lideridi. Bu üzdən də ən dəyərli matç məhz bu komandaya qarşıdı. Onlarla görüşdəki qələbə 1478, bərabərlik 493 xal gətirəcək.

 

Bu əmsal xalları ümumi reytinq xalımıza da təsir edəcək.

 

Ümumiyyətlə isə qarşıdakı iki görüşdə 9 variant mümkündü. Bunların 5-də indiki nəticəni yaxşılaşdıracağıq. İstənilən bir qələbə xal hesabımızı artıracaq. Bu da irəliləyiş gözləməyə əsas verir. Təbii ki, siyahıdakı qonşuların nəticələri də az önəm kəsb etmir.

 

Ən yaxşı nəticə isə fantastika sayılan və inandırıcı görünməyən iki qələbədi. Bu, əmsalımızı 2531 xal zənginləşdirəcək, reytinqdə 201 xal gətirəcək. Bunun neçənci yer üçün yetərli olacağını demək çətin olsa da, hazırda eyni xala malik komanda 62-cı sırada qərarlaşa bilərdi. Belə göstərici isə tariximizin rekordu sayılacaq.

 

Ən uğursuz nəticə olan iki məğlubiyyət isə reytinqimizi 115 xal azaldacaq. Bunun təxminən 26 pillə geriləməklə nəticələnəcəyini proqnozlaşdırmaq olar. Bu isə o deməkdi ki, yığmamız iki addıma fantastik irəliləyiş də yaşaya da bilər, fiaskoyla üzləşə də bilər.

 

Azərbaycan – Çexiya

Almaniya – Azərbaycan

xal

Yer*

3

3

589

62

3

1

466

75

3

0

405

86

1

3

501

70

1

1

378

95

1

0

317

107

0

3

458

77

0

1

334

103

0

0

273

118

 

3 – millimizin qələbəsi, 1 – heç-heçə, 0 – rəqibin qələbəsi.

* - indiki siyahıda bu qədər xalla mümkün olan yer.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10