[b]“Daha yaxşı çıxış etməli idik” – Endi Hallidey[/b]
18.09.2017 - 00:36
[b]“Daha yaxşı çıxış etməli idik” – Endi Hallidey[/b]

“Qəbələ”nin şotlandiyalı yarımmüdafiəçisi Endi Hallidey “Səbail”lə oyundan sonra (3:1) apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun haqqında nə deyə bilərsiz?

- Komanda olaraq topa daha çox nəzarət etməliyik. İlk hissədə çox top itirdik, oyunu ələ almaqda çətinlik çəkirdik. Amma ikinci hissədə özümüzə gəldik və xeyli qol imkanı yaratdıq.

 

- Komandanın çıxışından razı qaldız?

- Həmişə ən yaxşı oyunu göstərmək lazımdı. Düşünürəm ki, daha yaxşı çıxış etməli idik.

 

- Mövqeyinizin tez-tez dəyişməsi nə ilə bağlıdır?

- Müxtəlif mövqelərdə oynamaq bacarığım var. Harda olmasından asılı olmayaraq meydana çıxanda xoşbəxt oluram.

 

- İkinci hissədə sarı vərəqə alıdınız. Hakimə nə dediniz ki?

- Ondan niyə cərimə vermədiyini soruşdum. Sadəcə bir az sərt alındı. Şotlandiyalıların dediyi hər şey aqressiv kimi səslənir. Daha sonra hakimdən üzr istədim.

 

- Bu oyunla “Qəbələ” “Qarabağ”la rəqabət apara bilər?

- Qarşıda hələ bütün mövsüm durur. Hər şey mümkündür.

0