[b]İlin ən yaxşıları nə vaxt bəlli olacaq?[/b]
18.09.2017 - 16:55
[b]İlin ən yaxşıları nə vaxt bəlli olacaq?[/b]

FİFA 2017-ci ilin ən yaxşılarının adlarını oktyabrın 23-də açıqlayacaq. Apasport.az-ın məlumatına görə, bunu qurumun rəsmi saytı açıqlayıb.

 

Artıq 4 gündən sonra – sentyabrın 22-də mükafatlara namizədlərin siyahıları dərc olunacaq. İlin ən yaxşı kişi və qadın futbolçusu, ən yaxşı kişi və qadın məşqçisi, ən yaxşı qapıçısı, ən yaxşı azarkeş qrupu və ən yaxşı qolu nominasiyalarında iddiaçılar bilinəndən sonra 1 ay ərzində qaliblər müəyyənləşəcək.

 

2017-ci ilin ən yaxşıları Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək tədbirdə açıqlanacaq.

 

0