[b]Abdullayev oynadı, komandası qalib gəldi[/b]
18.09.2017 - 22:34
[b]Abdullayev oynadı, komandası qalib gəldi[/b]

Kipr çempionatında 4-cü turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Araz Abdullayevin komandası formasını geyindiyi “Anortosis” də növbəti matçını keçirib.

 

Famaqusta təmsilçisi səfərdə APOEL-lə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 30-cu dəqiqədə Viktor fərqlənib.

 

Matça əsas heyətdə başlayan Araz 78 dəqiqə meydanda olub. O, komanda yoldaşı Artimatas tərəfindən əvəzlənib.

 

Qeyd edək ki, 4 oyundan sonra aktivində 10 xal olan “Anortosis” bir oyun artıq olmaqla turnir cədvəlinin zirvəsində qərarlaşıb.

0