[b]“Qarabağ” – “Çelsi”: İngilislər üçün “havayı” bilet[/b]
19.09.2017 - 15:45
[b]“Qarabağ” – “Çelsi”: İngilislər üçün “havayı” bilet[/b]

“Çelsi” Çempionlar Liqasının “Qarabağ”la keçiriləcək səfər matçında dəstəksiz qalmaq istəmir. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, London klubu bu məqsədlə fanatlarına müraciət edib.

 

Müraciətdə noyabrın 22-də qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək görüşün biletlərinin münasib qiymətə olması xüsusi vurğulanıb. “Zadəganlar” ən ucuz biletin 87 penni (2 manat), ən bahalı biletin isə 22 funt-sterlinq (50 manat) olmasını fanatları üçün yaxşı şans hesab edir.

 

Maraqlıdı ki, ingilislər hətta 22 funt-sterlinq dəyərindəki biletləri də azarkeşlər üçün göydəndüşmə qiymət sayırlar. Bu üzdən İngiltərə çempionu Bakıya çox sayda fanatının gələcəyinə ümid edir.

 

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 12-də “Stemford Bric”də keçirilən ilk tur matçında meydan sahibləri 6:0 hesablı qələbə qazanıblar.

0