[b]La Liqa klubunda yeni baş məşqçi[/b]
22.09.2017 - 11:21
[b]La Liqa klubunda yeni baş məşqçi[/b]

Mövsümə uğursuz start götürən “Alaves” yeni baş məşqçisini təqdim edib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, La Liqa təmsilçisini Canni De Byazi çalışdıracaq.

 

Ardıcıl məğlubiyyətlərdən sonra Luis Zubeldia ilə yollarını ayıran və ilk 5 turda aktivinə xal yazdıra bilməyən klub italiyalı mütəxəssisi rəsmən təqdim edib. Anlaşmaya əsasən, De Byazi mövsümün sonuna qədər “Alaves”ə rəhbərlik edəcək.

 

Qeyd edək ki, Canni De Byazi 2011-2017-ci illərdə çalışdırdığı Albaniya yığmasını tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə (2016-cı il) daşıyıb.

0