SİZİN REKLAM BURADA

“Azərbaycan yığması səhvlərimizdən maksimum yararlandı” - kapitan

“Azərbaycanla oyuna sona qədər mübarizə aparmaq məqsədi ilə çıxmışdıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri voleybol üzrə Almaniya yığmasının oyunçusu Maren Fromm deyib.

 

Bundestim Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatı ilə vidalaşıb.  ¼ finalda Azərbaycan millisi ilə üz-üzə gələn almanlar 0:3 hesablı məğlubiyyətə məruz qalıblar.

 

Görüşü dəyərləndirən Fromm yığmamızla matçda əllərindən gələni etdiklərini bildirib. Bundestimin kapitanı qitə birinciliyinin almaniyalı voleybolçulara böyük təcrübə qazandırdığını əlavə edib: “Avropa çempionatının bütün görüşlərində sona qədər mübarizə apardıq. Azərbaycanla matçda da bunu təkrarladıq. Problem onda oldu ki, çoxlu səhvlər buraxdıq. Rəqib də bundan maksimum yararlandı. Düşünürəm ki, Avropa çempionatında iştirak gənc oyunçularımız üçün yaxşı təcrübə oldu. Onlar növbəti qitə birinciliyinə kimi daha da inkişaf edəcəklər”. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10