[b]Türklərin hərtərəfli üstünlüyü – STATİSTİKA[/b]
02.10.2017 - 00:15
[b]Türklərin hərtərəfli üstünlüyü – STATİSTİKA[/b]

Qadın voleybolçular arasında Avropa çempionatının üçüncülük matçı olan Azərbaycan – Türkiyə oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, millimizin 1:3 hesabı ilə məğlub olduğu görüşün ən dəyərli oyunçusu rəqibin üzvü Nəriman Özsoy seçilib.

 

“Ay-ulduzlular”ın hücumçusu 23 xal toplamaqla bombardir adına da yiyələnib. Ən yaxşı hücumçu da Türkiyənin voleybolçusudur. Gözdə Kırdar komandasına 19 xal qazandırıb.

 

Topu oyuna ən yaxşı daxil edən isə millimizin lideri Polina Rəhimovadır. Hücumçumuz 3 dəfə “eys” xalına sevinib.

 

Ən yaxşı top qəbul edən də millimizin üzvüdür. Siyahıda Valeriya Məmmədova hamını qabaqlayıb. Rəqibin oyunçusu Kübra Akman isə ən yaxşı blokçu nominasiyasının qalibi adına sahib olub. O, 5 dəfə yığmamızın hücumunun qarşısını alıb.

 

Faiq Qarayevin yetirmələrinin tam statistikasına gəlincə, Polina Rəhimova 19, Odina Bayramova 9, Olena Həsənova 8, Natalya Məmmədova 6, Kseniya Poznyak 4, Yelizaveta Səmədova və Kristina Yaqubova isə komandamıza 3 xal qazandırıb.

 

Qeyd edək ki, millimiz Avropa çempionatını 4-cü pillədə tamamladı.

0