SİZİN REKLAM BURADA

WBC prezidenti: İlham Əliyev idmanı prioritetə çevirib

“Hər birimizi yüksək səviyyədə qarşıladığı üçün Azərbaycana təşəkkür edirəm". Apasport.az saytının məlumatına görə, bunu Dünya Boks Şurasının (WBC) prezidenti Maurusio Süleyman deyib.

 

Bu gün Bakıda WBC-nin 55-ci Konvensiyası başlayıb. Konvensiyada çıxış edən Maurusio Süleyman bildirib ki, Bakıda böyük dostluq və qonaqpərvərliklə qarşılanıblar: "Azərbaycan prezidenti İlham Əliyev böyük rəhbərdi. O, ölkəsində idmanı prioritetə çevirib. 2017-ci ilə gəlincə, WBC ailəsi üçün möhtəşəm olub. İl ərzində çoxlu gərgin və maraqlı döyüşlərin baş tutub".

 

Süleyman bildirib ki, sentyabrın 16-da Gennadi Qolovkinə xüsusi kəmər hədiyyə ediblər: "Bir tərəfində Meksika, digər yanında Qazaxıstan əks olunub. O, bizim fəxrimizdi. Gennadinin irəlidə bir döyüşü olacaq. Bu, bizim tərəfdən bir hədiyyədi. Həmçinin, Məhəmməd Əlinin şərəfinə turnir təşkil edəcəyik. Qalib gələn şəxsə onun qızıl medalı veriləcək. Yeri gəlmişkən, Floyd Moyvezer boksun şərəfini qorudu və Makqreqora qalib gəldi. Roma papası ilə danışıq aparmışıq. O, bizə xüsusi proqram hazırlayacağını deyib".

 

Onun sözlərinə görə, peşəkar boksda da videotəkrardan istifadə ediləcək. Bu, iki illik pilot layihə çərçivəsində olacaq.

 

Qeyd edək ki, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırkı çempionatların, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən artıq qonağın iştirak etdiyi Konvensiyaya oktyabrın 6-da başa çatacaq.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 7 6 1 0 14-3 19

2.

Zirə

8

5 3 0 15-5 18

3.

Qəbələ

8

5 1 2 11-8 16

4.

Sumqayıt

8 3 1 4 8-11

10

5.

İnter

8

2 2 4 7-11 8

6

Neftçi 8 2 1 5 9-9 7

7.

Səbail

7

2 0 5 4-12 6

8.

Kəpəz

8 1 1 6 5-14 4
               

 

Top 10