[b]Azərbaycan çempionunun oyunu latviyalılara tapşırıldı[/b]
04.10.2017 - 10:56
[b]Azərbaycan çempionunun oyunu latviyalılara tapşırıldı[/b]

Qadın həndbolçular arasında EHF kubokunun II təsnifat mərhələsini idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Nur”un “Viborq”la görüşlərində ədaləti qoruyacaq referilər də dəqiqləşib.

 

Oktyabrın 14-də Danimarkada baş tutacaq qarşılaşma latviyalı hakimlər briqadasına həvalə edilib. Görüşdə Vadim Jaskinlə Eduard Zabko söz sahibləri olacaqlar.

 

Bir gün sonra Viborqda baş tutacaq ikinci oyunu da bu hakimlər idarə edəcəklər. Matçda Avropa Həndbol Federasiyasının nümayəndəsi isə rusiyalı Lyudmila Bodniyeva olacaq.

 

Qarşılaşmalar Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 

0