[b]İrlandiya Şimali İrlandiyaya çatdı – yığmamızın sayəsində[/b]
11.10.2017 - 11:13
[b]İrlandiya Şimali İrlandiyaya çatdı – yığmamızın sayəsində[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi antirekord yaşayıb. Apasport.az saytının məlumatına görə, komandamız Avropa çempionatlarında ən böyük hesablı məğlubiyyətini təkrarlayıb.

 

Bolqarıstanda keçirilən seçmə mərhələdə İrlandiyaya 0:6 hesabı ilə uduzan yığmamız 1994-cü ildə debüt etdiyi qitə çempionatlarında bundan ağır yenilgi görməmişdi. Millimizin ən acınacaqlı məğlubiyyəti elə 6 top fərqi ilə olub.

 

2010-cu il oktyabrın 24-də komandamız Şimali İrlandiyaya 0:6 hesablı məğlubiyyət almışdı. 7 ildən sonra eyni adanın digər komandası – İrlandiyaya eyni hesabla uduzan millimiz antirekordunu təkrarlayıb.

0